Məktəblilər qış tətilini necə keçirəcək?

29 2019 14:02

Məktəblilər qış tətilini səbirsizliklə gözləyirdilər. Artıq dincəlməyə, gəzintiyə, oynamağa kifayət qədər vaxt var. Psixoloq Günay Ağamalı bildirir ki, valideynlər tətildə uşağı dərs oxumağa məcbur etməməlidir. Sadəcə günün müəyyən saatlarında onları bədii kitab oxumağa həvəsləndirə bilərlər.Bəs məktəbli dostlarımız istirahət günlərini necə keçirəcəklər? Onların hansı planları var? Mütəxəssislər bildirir ki, tətildə uşaqlara istədikləri oyunları oynamağa şərait yaratmaq lazımdır. Çünki bu onları daha xoşbəxt edəcək və dərsə həvəslə başlayacaqlar. Məktəblilər bu günlərdə təmiz havada gəzməyi də unutmamalıdır. Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Dərslər  fevralın 1-də başlayacaq.