İstedadlı uşaqlar nağıl qəhrəmanlarının heykəllərini düzəldib

29 2019 14:05

Qusar şəhər Uşaq İncəsənət Məktəbinin heykəltəraşlıq şöbəsinin şagirdləri nağıl qəhrəmanlarının maketlərini hazırlayıblar. Heykəltəraş dostlarımız əl işlərini əsasən plastilinlərdən düzəltirlər. Məktəblilər nənə, cırtdan, div, keçi, canavar və müxtəlif nağıl personajlarını canlandırıblar. İstedadlı uşaqlar burda heykəltəraşlığın ilk sirlərini öyrənirlər. Əvvəl sadə fiqurlar hazırlayan dostlarımız indi daha mürəkkəb əl işləri hazırlayırlar. Kiçik heykəllərin ərsəyə gəlməsi elə də asan deyil. Bir əl işin hazırlanması saatlarla vaxt tələb edir.  Heykəltəraş dostlarımızın əl işləri rayonda təşkil olunan sərgilərdə nümyiş olunub.