Bəşarət Məmmədov: ”Bəzən dərsə hazır olmayanda “işıqlarımız sönüb” bəhanəsini gətirirdik ”

29 2019 15:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub.O, Şəki rayonunun Çay Qaraqoyunlu kənd orta məktəbi və Yevlax rayonu Xaldan kənd kompleks orta məktəbində təhsil alıb. Məktəb illərində dərslərini yaxşı oxusa da, dəcəl şagird olub: ”Bütün müəllimlərim deyirdi ki, çox dəcələm. Əllərimi partaya qoyub uzun müddət sakit otura bilmirdim. Sinif yoldaşlarımızdan hansısa dərsə hazır olmayanda isə müxtəlif bəhanələr gətirirdik. Bir dəfə sinif yoldaşlarımızdan biri əlacsız qalıb “işıqlarımız sönmüşdü” bəhanəsini gətirmişdi.Halbuki, hamımız eyni qəsəbədə yaşayırdıq və bilirdik ki, işıqlar yanırdı”  - deyə, o əlavə edib. Bəşarət Məmmədov məktəblilələrə öz tövsiyyələrini də verib. O bildirib ki, uşaqlar bəzən öyrənməyi,oxumağı özünə əzablı iş hesab edir. Lakin şagirdlər bilməlidir ki, oxumaq, öyrənmək insanın həyatda öz yerini tutması üçün vacib şərtdir. Bəşarət Məmmədov onu da qeyd edib ki,  müasir dövrdə uşaqlara fənləri sevdirmək üçün fərqli yanaşmlar tətbiq olunur, bunun üçün məktəblərdə psixoloqlar da fəaliyyət göstərir. Xatırladaq ki, “Mən məktəbli ikən” telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.