Məktəblilər yay tətilini necə keçirib?

19 2018 09:23

Yay tətili artıq sona çatıb. Bəs görəsən dostlarımız istirahət vaxtını necə keçirib? Tətil nələrlə yadda qalıb?Vüsal kingboksla məşğul olur. Yay tətilində dincəlməklə yanaşı, idmana da vaxt ayırıb. Kinboksçu nə az, nə çox düz 4 medal qazanıb.Cahan isə mütaliəni çox sevir. Oxuduğu kitablar o qədər maraqlı olub ki, tətilin hardan gəlib keçdiyini heç hiss etməyib. Digər dostumuz Afət Quba şəhərində yaşayır. O şer yazır. Məktəbli Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin üzvüdür. Boş vaxtlarını şer yazmağa həsr edib. Dostumuzun şerləri Gülüstan inciləri kitabında yer alıb. Ülkər rəssamdır. 4 yaşından rəngkarlığa həvəs göstərir. Təbiət qoynunda rəsm çəkmək onun üçün elə istirahət etməkdir. Tətildə boş vaxtlarını rəssamlığa həsr edib.