Tanınmış aparıcı Rafiq Həşimov: ”Sonradan anlayırsan ki, sən demə...”

29 2019 15:50

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları Azərbaycan Televiziyasının aparıcısı, əməkdar artist Rafiq Həşimov və 8 yaşlı Lazım olub. Rafiq Həşimov söhbət zamanı 8 yaşlı Lazımın “Analar sərt olurlar” fikrinə münasibət bildirib. O, anaların uşaqlara qayğı ilə yanaşdığını  deyib və qeyd edib ki, onların sərtliyi sevgidən doğur. Tanınmış aparıcı söhbət zamanı insanların həyatda anadan gözəl varlıq olmadığını sonradan anladığını bildirib. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.