Qışda uşaqların qida rasionu necə olmalıdır?

31 2019 13:31

Qış fəslində soyuq havanın və virusların yaratdığı fəsadlardan qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil. Düzgün qidalanma ən vacib şərtlərdəndir. Qışda uşaqların immuniteti zəifləyir. Onlar açıq havada az vaxt keçirirlər. Orqanizmin möhkəm olması üçün qidalanmaya diqqət yetirmək lazımdır. Azyaşlı uşaqlar üçün yemək hazırlayarkən xeyirli olması ilə yanaşı, onun dadına və görünüşünə də diqqət yetirmək lazımdır ki, balacalar üçün cəlbedici olsun. Digər bir məsələ isə maye qəbuludur. Suyun uşaq orqanizminin formalaşmasında rolu böyükdür. Gün ərzində yaşdan asılı olaraq 5-10 stəkan su içilməlidir.