GTT-də “Tənbəl Əhməd” tamaşası nümayiş olunub

31 2019 13:35

Gənc Tamaşaçılar Teatrında "Tənbəl Əhməd" tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən tamaşa uşaqlara xeyirxahlıq, zəhmətkeşlik, sadiqlik kimi keyfiyyətlər aşılayır. Əhmədin sərgüzəştləri məktəblilərin böyük marağına səbəb olub. Səhnə və musiqi tərtibatı, aktyorların oyunu uşaqları nağıllar aləminin sehrinə salıb. İzləyicilər tamaşa müddətində obrazlarla birbaşa təmasda olaraq əyləncəli anlar yaşayıblar. Dostlar, tətilinizi xoş keçirmək üçün Gənc Tamaşaçılar Teatrına gələ bilərsiniz. Bu günlərdə nümyiş olunacaq "Ələddinin sehirli çırağı", "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşaları sizin yolunuzu gözləyir.