“Nəsimi ili” ilə bağlı məktəblərdə tədbirlər təşkil olunacaq

31 2019 13:37

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan olunub. Bu münasibətlə təhsil müəssisələrində və kitabxanalardada müxtəlif tədbirlər təşkil olunur. Quba rayon mərkəzi kitabxanasında da Nəsimi ili ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Orta məktəblərdə ədəbiyyat fənnində 8-ci sinifdən başlayaraq İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilir. Bundan əlavə məktəblilər Quba rayon mərkəzi kitabxanasında İmadədin Nəsiminin kitablarından da yararlana bilirlər. Beləki kitbaxanada şairin seçilmiş əsəsrləri yer alır. Nəsimi Azərbaycan poeziyasında divan janrının atası sayılır. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət divan yaradıb. Şairin bir çox qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.