Uşaqları yeməkdən küsdürən ifadələr

31 2019 13:48

“Hamısını yemədən masadan qalxmaq olmaz!”,“Yeməsən boyun uzanmayacaq”, “Yeməyini xıra kimi yeməsən arxanca ağlayacaq” kimi ifadələri valideynlər övladlarını yeməyə həvəsləndirmək üçün işlədir, halbuki bu ifadələr uşaqları yeməkdən küsdürür.Çox vaxt analar övladlarının iştahlarının olmamasından şikayətlənirlər. Bəzən sərt davranış, uşağa düzgün yanaşmamaq  yemək prosesini  balacalar üçün cansıxıcı edir. Məsələn, süfrə başında böyüklərin hər cür vasitə ilə uşağa yaxşı yeməsi üçün təsir göstərməsi onların iştahını küsdürür. “Hamısını yedin? Ağıllısan!” Valideyn bu ifadəni işlədərkən uşaq elə düşünür ki, onu yeməyinin hamısını yediyinə görə sevirlər. Ona görə bəzən doysa da, yemək dadlı olmasa belə, tərif eşitmək üçün axırıncı tikəyə qədər yeməyə çalışırlar. Bu isə uşağın həddən çox qidalanmasına və mədəsi üçün əlavə yükə səbəb olur. Nəticədə balacalarda piylənmə və artıq çəki kimi problemlər meydana gəlir.