Uşaqlara şahmatı necə sevdirmək olar?

01 2019 17:03

Bu məktəbli dostlarımız ilk dəfədir şahmat məktəbinə gəliblər. Onların bu oyun haqqında heç bir məlumatı yoxdur. Şahmatın qaydaları haqqında şagirdlərə Bəxtiyar müəllim məlumat verəcək. Uşaqlar şahmatın ilkin qaydalarını mənimsədikdən sonra, oyunun gedişatını da öyrəndilər. Balaca şahmatçılar yeni oyunçulara fiqurların düzülüşü və manevr qaydalarını izah etdilər. Dostlar, əgər bu oyuna həvəsiniz varsa çalışın həftədə bir-iki saat şahmat oynayasınız. Bununla həm istirahət etmiş olarsınız, həm də təcrübəniz artar.Şahmat 1500 il bundan əvvəl Hindistanda meydana gəlib. Bu oyun ilk vaxtlar “çaturanq” adlanırdı.  Daha sonra şahmat Hindistandan İrana, oradan ərəb ölkələrinə və Avropaya yayılmağa başlayıb. Hazırda Azərbaycan şahmatçılarından Teymur RəcəbovŞəhriyar Məmmədyarov dünaynın ən güclü 20 şahmatçısı sırasında yer alıb.