Məktəblilər qış tətilində ağac əkiblər

01 2019 17:15

Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan məktəbli dostlarımız  qış tətilini səmərəli keçiriblər. Onlar bağlarında zoğal, fındıq və nar tingləri əkiblər. Ağac əkən zaman qazılan çalanın  ölçülərinə diqqət etmək lazımdır. Zəhmətkeş məktəblilər dərinliyi 70 santimetr, diametri isə 50 santimetr olan çuxur qazaraq meyvə tinglərini əkiblər. Ağac əkən zaman dibini bərkitmək lazımdır ki, şaxta, külək kökləri qurutmasın. Şahismayıl baba nəvələrinin işindən razı qalıb. Gələcəkdə ağaclara qulluq üçün  onlara məsləhətlər də  verib.Dostlar tingləri əkdikdən sonra su verməyi unutmayın. Bu torpağa yeni basdırılan  tinglərin inkişafı üçün vacibdir.