Tətildən sonra dərsə uyğunlaşmaq üçün nə etməliyik?

02 2019 10:49

Şagirdlərin əksəriyyəti tətildən sonra dərsə uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki məktəblilər tətildə gündəlik rejimi unudur, doyunca dincəlib, əylənirlər. Bəs görəsən onlar dərsə öyrəşmək üçün nə edirlər?İbtidai sinif müəllimi Lalə Sultanova istirahət günlərində sərbəstliyə alışan uşaqların dərsə adaptasiyası  üçün bir sıra üsullardan istifadə edir. Şagirdlərin diqqətini cəlb etmək üçün ilk olaraq sadə tapşırıqlardan başlayır.Müəllim bildirir ki, şagirdlər tətil vaxtını tamamilə oyunlara və əyləncələrə sərf etməməlidilər. Çünki, sonra məktəbə uyğunlaşmaq da çətin olur. Mütaliəyə vaxt ayırmalı, sadə çalışmalar həll etməlidirlər.Dostlar, yaxşı olar ki, tətilin son günü dərsə getdiyiniz günlərdəki vaxtda yuxudan oyanasınız. Belədə orqanizmin yenidən əvvəlki rejimə alışması asan olur.