Uşaqlar üçün kitab seçərkən nələr nəzərə alınmalıdır?

02 2019 10:53

İlknur kitab həvəskarıdır. O, 1-ci sinif şagirdidir. Boş vaxtlarında nağıl kitabları oxumağı çox sevir. Mütaliə uşağın dünya görüşünün inkişafına, psixoloji cəhətdən formalaşmasına müsbət təsir göstərir. Mütəxəssislər uşaqların erkən yaşlardan kitabla tanışlığını tövsiyə edirlər. Kiçik yaşlardan onlarda mütaliə vərdişi yaradılarsa, zamanla kitaba marağı daha da artacaq. Uşaqlara kitab seçərkən onların maraqlarını nəzərə almaq vacibdir. Düzgün seçilməyən kitab, balacaları mütaliədən uzaqlaşdıra bilər. Kitabın adı, mövzusu, şəkilləri yaşa uyğun olmalıdır.Bəs bu seçim necə aparılmalıdır?Uşaq yazarı Reyhan Yusifqızı bildirir ki, kitab seçərkən içində şeir parçaları olan hekayələrə üstünlük vermək lazımdır.Uşaqlara kitab oxumaq onunla vaxt keçirməyin ən gözəl yoludur. Bunu balacalar yatmamışdan öncə etsəniz daha effektli olar.