Tülkülər kəndi harada yerləşir?

05 2019 10:43

Yaponiyanın Miyaqi bölgəsində “Tülkülər kəndi”  var. Bəli, bəli düz eşitdiniz tülkülər kəndi. Səbəbi bu kənddə çoxlu sayda tülkülərin yaşamasıdır.Bu kənddə gümüşü tülkü, platinium tülkü və qızılı yapon tülküsü də daxil olmaqla, 6 cins tülkü yaşayır. Burada 100-dən çox tülkü məskunlaşıb. Dzao Kitsune Muraya dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Təbiətsevər və heyvanlar aləmi ilə maraqlanan insanları bu kənddə çox görmək olar.Əgər “Tülkülər kəndi”nə getmək fikrinə düşsəniz xəbəriniz olsun ki, bura giriş pulludur. Tülkülər üçün yem  də ala bilərsiniz. Lakin kəndin öz qaydaları var. Nəzərə almaq lazımdır ki, tülkülər vəhşi heyvanlardır. Buna görə də valideyn nəzarəti olmadan uşaqların əraziyə girməsi və tülküləri əllə qidalandırması qadağandır. Hətta balaca tülküləri qucağınıza da götürə bilərsiz. Lakin, nəzərə alın ki, ətrafda nəzarətçilər olmur. Öncədən hansı tülküyə yaxınlaşmaq, hansını əzizləmək barədə yaxşı düşünün. Dzao Kitsune Murayda tülkülərlə yanaşı dovşanlar, pişiklər və müxtəlif heyvanları da görmək olar. Sadəcə ərazidə tülkülərin daha çox yaşaması ilə əlaqədar bura dünyada tülkülər kəndi kimi tanınır.