Uşaqların başqa uşaqlarla müqayisə edilməsi düzgündürmü?

05 2019 10:48

"Sən yaşıdların kimi cəld deyilsən”, “Uşaqlara bax, necə gözəl rəqs edirlər, amma sən bacarmırsan“ – bu kimi ifadələri valideynlər tez-tez işlədirlər. Ancaq fərqində olmurlar ki, belə müqayisələr uşaqlara psixoloji cəhətdən mənfi təsir edir. Hər bir uşağın özünəməxsus istedad və bacarığı var.  Heç birinin zəkası, fiziki xüsusiyyətləri digəri ilə eyni deyil. Uşaqların bir-biri ilə müqayisə olunması onlarda özünəinam hissini zəiflədir. Hətta balacalar bacarıqsız olduğunu düşünərək depressiyaya düşə bilər.Mütəxəssislər bildirir ki, hər bir uşağa fərdi yanaşılmalıdır. Əvvəlcə onun bacarıqları, maraq dairəsi üzə çıxarılmalı və uşaq həmin istiqamətə yönləndirilməlidir. Əgər çatışmayan cəhətləri, səhvləri varsa ikilikdə müzakirə olunmalıdır. Bu səhvləri aradan qaldırmaqda, özünü inkişaf etdirməkdə ona dəstək göstərilməlidir.