4 fevral Lüfi Zadənin doğum günüdür

05 2019 10:54

Dahi alim, süni zəka araşdırmaçısı Lütfizadə 1921-ci il fevralın 4-də Bakıda doğulub. O, üçüncü sinfədək Bakıda 16 saylı tam orta məktəbdə oxuyub. Sonradan ailəsi ilə birgə Tehran şəhərinə köçüb.1942-ci ildə Tehran Universitetindən məzun olub və 1 il sonra ABŞ-a gedib. 1946-cı ildə Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub və elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.Lütfi Zadə Columbia Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor elmi dərəcəsi alaraq pedaqoji fəaliyyətini və elmi araşdırmalarını davam etdirib. Görkəmli alim 1959-cu ildən ömrünün sonunadək Berkeley Universitetində dərs deyib. Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib.  Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiya şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq foto və videokameraların, paltaryuyan maşınların istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında bundan  geniş istifadə edir. Alim 2017-ci il sentyabrın 6-da 96 yaşında California-da vəfat edib. Nəşi sentyabr ayının 29-da Bakıya gətirilib. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.