III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçirilib

07 2019 14:59

Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Dostluğun sehri’’ adlı III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçirilib. “Mənim arzularım’’ mövzusuna həsr olunan müsabiqənin məqsədi müxtəlif ölkələrdə yaşayan uşaqların dünyagörüşü, arzu və istəkləri ilə yaxından tanış olmaqdır. Müsabiqəyə  dünyanın 22 ölkəsindən 2000-dən çox rəsm əsəri təqdim olunub. 6-15 yaşlı fırça həvəskarları rəngarəng rəsmlərində öz arzu və istəklərini əks etdiriblər.Tədbirdə bir sıra ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri iştirak ediblər. Qonaqlar uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Tədbirin bədii hissəsində  “Dostluq çələngi’’ rəqsi təqdim olunub. Sonda müsabiqə qalibləri mükafatlandırılıb.