“Ana dilim, yaşa dilim” adlı tədbir təşkil olunub

07 2019 15:11

Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb liseydə 21 fevral beynəlxalq ANA dili gününə həsr olunan “Ana dilim, yaşa dilim” adlı tədbir keçirilib. Tədbirdə Xaçamaz rayon təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim kollektivi və şagirdləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd şagirdlərə ana dilimizin zənginliyini nümayiş etdirməkdir.  Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Tədbirdə məktəbin şagirdləri şerlər səsləndirib, səhnəciklər nümayiş etdiriblərŞagirdlər söylüyüblər ki, bu tədbirə həvəslə hazırlaşıblar.Tədbir  məktəblilərin çıxışları ilə davam edib.Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün  UNESCO-nun təşəbbüsü ilə təsis olunub.