Qar dənəcikləri necə yaranır?

08 2019 11:47

Şaxtalı, qarlı havalarda biz qapı pəncərəni bərk bağlayıb evdə gizlənəndə göydən yerə saysız hesabsız məktublar yağırmış. Bəli, bəli, düz eşitdiniz. Yəqin qar dənəciklərini görüb təəccüblənirsiniz. Bəhs etdiyim məktublar elə göydən yağan qar dənəcikləridir. Əslində hər qar dənəciyi bir işarə, bir hərfdir.Qar - çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısıdır. O buludda  temperatur 0 °C-dən aşağı olduqda yaranır, yerə enməsi tempratur 4 °C-dən aşağı olduqda baş verir. Sən demə, indiyə qədər yağan milyardlarla qar dənələri, heç biri o birisinə bənzəmir. Qar dənəciklərinin içində olan gizli məlumatı araşdırmaq ilk dəfə Vilson adlı 19 yaşlı cavan oğlanın ağlına gəlib. 1885-ci ilin yanvar ayında maraqlı bir hadisə baş verir. Vilson Elvin Bentli nəhayət ki, fotoaparatla qar dənəciyinin şəklini çəkir. Nə görsə yaxşıdır?Bizə asan görünən bu iş onun üçün çox çətin idi. Amerikanın şərqində kiçik  kənddə yaşayan insanlar Vilsonun hərəkətlərinə təəccüblə baxırdılar. Boranlı gündə əlinə taxta alıb qar dənəcikləri tutan adamı kim görsə ona qəribə gələr də. Amma Vilsonun məqsədi tamam başqa idi. O taxtaların üzərinə düşən qar dənəciyini tutub anbara aparır, sonra ehtiyatla böyüdücü obyektin düyməsini basıb, şəklini çəkirdi. Vilson Bentli 5000 dən artıq qar dənəciyi çəkir. Amma onların arasında heç biri o birinə bənzəmirdi. 1931-ci ildə Vilsonun "Qar kristalları" kitabı satışa çıxarılır. Onun 2500-dən çox qar kristalı üzərində uzun müddət apardığı təcrübə bütün dünyanı heyrətə salır. Məlum olur ki, qar dənəcikləri əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malikdir. Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir.