İlk dərs günü “Vətənim Azərbaycan” mövzusuna həsr olunub

19 2018 09:33

Bu gün məktəblərdə yeni tədris ilinin ilk dərsləri keçilib. Biz də Bakı şəhər 227  saylı tam orta məktəbin 4 a sinfinin  ilk dərsində iştirak etmişik. Şagirdlər dərsə Dövlət Himnimizi  oxumaqla başlayıblar. Respublika üzrə bütün ümumtəhsil məktəblərində ibtidai siniflərdə ilk dərs məşğələsi “Vətənim Azərbaycan”,  V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə isə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.4a sinfinin şagirdləri “Vətənim Azərbaycan”  mövzusunda yoldaşlarına məlumat verib,  vətənə həsr olunan şeirlər söyləyiblər.