Smayliklərin mənası nədir?

08 2019 11:52

Quba Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri bu gün müxtəlif smayliklər hazırlaycaqlar. Bunun üçün ilk növbədə rəngli kağızlar, boyalar və qələmlər lazımdır. Dostlarımızın hazırladıqları smayliklərin əksəriyyəti gülüş, gözəllik, sevgi və xoşbəxtlik  mənalarını əks etdirir. Smaylikin tarixi haqqında bir faktı diqqətinizə çatdırım: 1900-cü ildə danimarkalı yazıçı Cohennes Censon bir naşirə göndərdiyi məktubunda ilk dəfə xoşbəxt və kədərli üz ifadəsi təsvir edib. Daha sonra filmlərdə, qəzetlərdə bu işarələrdən ara-sıra istifadə olunub. XX əsrin 90-cı illərindən etibarən internet şəbəkələrində şən və təbəssümlü smayliklərin çoxsaylı variantları yaranıb.  Smayliklərin hazırlanması elə də çox vaxt aparmır. Cəmi bir neçə dəqiqə kifayət edir ki, gülən üzlər hazır olsun. Samaylikdəki göz və ağız işarələrini dəyişməklə, ifadə etdiyi mənanı  dəyişmək mümkündür. Məktəblilər gələcəkdə smaylik sərgisi təşkil etmək niyyətindədilər.