Uşaqlarda iştahsızlıq və onun səbəbləri

09 2019 12:14

İştahsızlıq uşaqlar arasında tez - tez rast gəlinən hallardandır. “Ürəyim istəmir”, “ac deyiləm” kimi ifadələrlə balacalar yemək yeməkdən yayınırlar.  Yaşından asılı olaraq uşaqlarda iştahsızlıq müxtəlif amillərlə bağlı ola bilər.Mütəxxəssislərin fikrincə, ilk növbədə iştahsızlığın səbəbini araşdırmaq, ona uyğun həll yolu tapmaq lazımdır. Uşaqları yeməyə həvəsləndirmək üçün qidalanma vaxtı düzgün seçilməlidir. Məsələn, balacaları sevdiyi oyundan ayırıb ona yemək təklif etsəniz təbii ki, o bundan imtina edəcək. Uşaqlara israrla yemək yedirtmək onların iştahını küsdürür. Balacalara  səbrlə yanaşılmalıdır. Sevdikləri yeməklər istisna olmaqla, onlara tez-tez eyni qidalar təqdim olunmamalıdır. Uşaqlar nə qədər iştahsız olsalar da, sevdikləri yeməyi hazırlamaqla və balacaların diqqətini çəkəcək əyləncəli formada təqdim etməklə onlarda yeməyə həvəs yarada bilərik.