Zəlzələ zamanı nə etməliyik?

09 2019 12:23

Zəlzələ baş verən zaman sinifdəsinizsə həyacanlanmayın. İlk olaraq qorunmaq üçün partanın altına girin. Bu sizi tavandan düşə biləcək daş parçalarından qoruyacaq. Yeraltı təkanlar vaxtı otaqda pəncərənin yaxınlığında, şkaf və ağır əşyaların yanında, altında durmaq olmaz. Bu əşyalar aşıb sizə xəsarət yetirə bilər. Sinfin qapısında və künclərdə dayanmaqla təhlükəni azaltmaq olar. Zəlzələ zamanı məktəbin pilləkənlərində hərəkət etmək və ya dayanmaq olmaz. Çünki, bu hissələr binanın zəif nöqtələridir. Hər an qopub yerə düşə bilər.Yeraltı təkanlar dayandıqdan sonra tez məktəb binasını tərk edib daha təhlükəsiz yerdə durmaq lazımdır.