"ARB Günəş" Xocalı Soyqırımına həsr olunmuş klip çəkib

11 2019 11:28

Ölkənin ilk uşaq telekanalı ARB Günəş Xocalı faciəsinə həsr olunan klip çəkib. Məqsəd ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı əməllərini unutmamaq və Xocalı həqiqətləri haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Klipin quruluşçu rejissoru Dəyanət Rzayevdir. Klipin musiqi kompozisiyası tanınmış bəstəkar Sevinc Tofiqqızına məxsusdur. O, yaradıcılığında tez-tez vətənpərvərlik mövzusuna müraciət edir. Çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb.  Ekran işi 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə mənfur düşmənlərimizin Xocalıda soydaşlarımızın başına gətirdiyi müsibətlərdən bəhs edir. Rolları məşhur çapar,  “Sərhədçi  Atçılıq İdman Klubu” nun üzvü 9 yaşlı Gülay,  şair Zülfüqar Qalaxudatlı, Sevinc Tofiqqızı, Elmar Hacıyev, Mais Allahverdiyev və digərləri canlandırıb. Gülay deyir ki, belə bir rolda    oynamaq nə qədər çətin olsa da, bunun öhdəsindən layiqincə gəlməyə çalışıb. Klip Xocalı Soyqırımının 27-ci ildönümü ərəfəsində izləyicilərə təqdim olunacaq.