Taleh Yüzbəyov: “Müəllimim dedi ki, rol oynamaq səndə alınmır”

11 2019 16:55

Tanınmış aktyor Taleh Yüzbəyov “ARB Günəş” in “Mən məktəbli ikən” verilişinin qonağı olub.O,Bakı şəhər 143 saylı orta məktəbdə təhsil alıb. Aktyor uşaq vaxtı dəcəl olduğunu bildirib, amma dərslərini yaxşı oxuyub.  Məktəbdə KVN komandasının təşkil olunmasında fəal iştirak edib.Amma müəllimlərin təşkil etdiyi tamaşalardakı obrazları canlandıra bilməyib: “Mənə verilən rolu oynaya bilmirdim, çox utanırdım.Müəllimim mənə dedi ki, Taleh, rol oynamaq səndə alınmır, gəl sənin obrazını başqa uşağa verək” – deyə tanınmış aktyor bildirib. Bu sözlərin ona çox pis təsir etdiyini söyləyən akyor deyib ki, həmin hadisədən sonra öz üzərində daha çox çalışıb və aktyor olub. “Mən məktəbli ikən” verilişi hər həftənin şənbə günü saat 18:00-də “ARB Günəş”in efirində yayımlanır.