Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Ağ Babanın nağılı” adlı tamaşa hazırlayıb

12 2019 10:16

Tamaşada nağılın əhəmiyyətindən danışılır. Uşaqlara dürüstlük, mübarizlik və sədaqətli olmaq kimi müsbət keyfiyyətlər aşılanır. Komik hadisələr fonunda cərəyan edən tamaşa ağlın güc üzərindəki qələbəsi ilə nəticələnir. Səhnə əsəri məktəblilərin xoşuna gəlib. Dostlar, Kukla Teatrına gələrək “Qoğal”, “Qırmızıpapaq”, “Turp”, “Çippolino”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Əlibaba və Qırx quldur” tamaşalarını izləyə bilərsiniz. Teatrın kollektivi yeni səhnə əsərləri üzərində çalışır. Yaxın zamanda  “Maşa və Ayı”, ”Kəloğlan”, ”Bizim Don Kixot” tamaşaları izləyicilərə təqdim olunacaq.