Xarici dili asan necə öyrənmək olar?

12 2019 10:26

Müasir dövrün əsas tələblərindən biri də xarici dil öyrənməkdir. Uşaqların erkən yaşlardan xarici dil öyrənməsi daha effektlidir. Mütəxəssislər bildirir ki, əcnəbi dil bilən uşaqlar digər fənlərdə də uğurlu nəticələr qazanır. Dəniz 2-ci sinif şagirdidir. O dərslərini yaxşı oxumaqla bərabər, xarici dilləri də öyrənir. Dəniz, bacısına da xarici dil öyrənməkdə kömək edir. Uşaqlara xarici dil öyrətməyin bir çox üsulları var. Onlardan biri də balacalara əcnəbi dildə cizgi filmi izlətməkdir. Xarici dili uşaqlara öyrədən zaman onların maraq dairəsini də nəzərə almaq lazımdır. Onlar dili əyləncəli oyunlarla daha yaxşı qavrayırlar.