Oyuq Teatr Studiyası "Sən bir nəğməsən" adlı xeyriyyə konserti təşkil edib

12 2019 10:33

Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. Tədbirə paytaxtda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzlərinin üzvləri qatılıblar. Azərbaycan estradasının tanınmış simaları da konsertdə iştirak ediblər. Onlar öz ifaları ilə qonaqlara əyləncə dolu anlar yaşadıblar. Uşaqlar konsertdən xoş təssüratlarla ayrılıblar.