“Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında inşa yazı müsabiqəsi elan olunub

13 2019 10:08

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ermənilərin işğalçılıq siyasəti, xalqımıza qarşı törətdilən vəhşiliklər haqqında ictimaiyyətin  məlumatlandırılması üçün ötən il  dekabrın 20-də “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında inşa yazı müsabiqəsi elan edib. Məktəblilər 1 fevral 2019-ci il tarixinə qədər yazılarını, eləcə də, özləri haqqında məlumatı komitənin elektron ünvanına göndəriblər. Müsabiqədə 953 uşaq iştirak edib. İnşa yazıları azərbaycan, rus və ingilis dillərindədir. Onlardan 44-ü ingilis, 41-i rus, qalanları isə Azərbaycan dilində yazılıb. Layihənin media tərəfdaşı “ARB Günəş”dir. Müsabiqənin qalibləri yaxın zamanda elan olunacaq. İştirakçılar 3 yaş kateqoriyasında  1-ci, 2-ci, 3-cü yerlər üzrə mükafatlandırılacaq.