"ARB Günəş" bu mövsüm də yeni layihələrlə efirdə olacaq

19 2018 09:37

Ölkənin ilk uşaq kanalı ARB Günəş hər mövsüm yeni verilişlərlə tamaşaçılarını sevindirir.İzləyicilərin çox sevdiyi proqramlar sırasına bu mövsüm də maraqlı layihələr əlavə olunub.Onlardan biri “Kiçikdən böyüyə” telelayihəsidir. Veriliş hər cümə günü, saat 18:45-də yayımlanacaq.ARB Günəş”in daha bir yeni layihəsi “Yuxunuz şirin olsun!” adlanır. Bu verilişdə aparıcı Elnarə Şahmirzəyeva hər axşam uşaqlara nağıl danışacaq. Araşdırmalar göstərir ki, hər axşam nağıl dinləmək uşağın inkişafına müsbət təsir göstərir. Veriliş həm də balaca izləyicilərə ana dilimizdə yeni sözlər öyrənmək imkanı yaradacaq. “Xəbərdar ol” da bu mövsüm bir çox yeniliklərlə tamaşaçıların görüşünə gəlib. Yeni mövsümdə sizi uşaq aləmində baş verənlərdən Aysel və Ülvi xəbərdar edəcək. Ölkənin ilk uşaq xəbər proqramının yaradıcı heyyəti təhsil, idman, incəsənət, səhiyyə sahəsində baş verən yenilikləri sizə çatdırmaq üçün çalışacaq. “Biz gələcəyik” uşaqların böyük həvəslə izlədiyi verilişlərdəndir. Bu mövsümdə izləyicilər Züleyxa bacı, Biləndər və məktəbli dostalarımızla  yeni biliklərə yiyələnəcək, ingilis dilində yeni sözlər öyrənəcək, istedad və bacarıqlarını nümayiş etdirəcəklər. Proqramın cümə gününə olan buraxılışlarında hamının çox sevdiyi Cupbulu uşaqlarla maraqlı oyunlar oynayacaq. “Biz gələcəyik” həftə içi  5 gün saat 19:00-da yayımlanır. ARB Günəş “Mən məktəbli ikən” layihəsində tanınmışların məktəb illərini işıqlandırmaqda davam edəcək. Veriliş  hər həftənin bazar günü saat 19:30-da efirdə olacaq.  “ARB Günəş” bu telemövsümdə öz tamaşaçılarına yeni cizgi filmləri də təqdim edəcək. Həmin cizgi filmləri televiziyanın dublyaj studiyasında tərcümə olunaraq səsləndirilir.