Məktəblilər üçün “Məktub qardaşlığı” adlı maraqlı bir layihəyə start verilib

13 2019 10:13

Qarşılıqlı məktublaşma sayəsində azərbaycanlı və türkiyəli şagirdlər bir-biri ilə ünsiyyət qururlar. Məktəblilər ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, təhsil sistemləri, özləri, ailələri barədə məlumatları həmyaşıdları ilə bölüşürlər. Məktəblilər qarşılıqlı olaraq bir-birlərinə öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işləri hədiyyə  ediblər. Layihə iki ölkə məktəbliləri arasında dostluq əlaqələrinin yaradılması, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.