Ana dili gününə həsr olunmuş tədbir təşkil olunub

14 2019 12:00

Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbində “Ana dili” adlı tədbir keçirilib. Mərasimdə rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən şagirdlər ana dilimizin tarixi haqqında maraqlı məlumatları iştirakçıların nəzərinə çatdırıblar. Daha sonra məktəblilər ana dilimizin zənginliyini əks etdirən şerlər və musiqilər səsləndiriblər.Şagirdlər səhnəciklər vasitəsilə ana dilimizə olan sevgilərini nümayiş etdiriblər. Mərasimin keçirilməsində məqsəd hər kəsə öz doğma dilinin varlığını hiss etdirməkonun  zəninliyini şagirdlərin diqqətinə çatdırmağdır.Tədbir məktəblilərin musiqi nömrələri ilə davam edib.