Torpağın tərkibi nədən ibarətdir?

14 2019 12:32

Yer səthinin münbit, mineral maddə və üzvi qalıqlardan ibarət üst qatına torpaq deyilir. Torpağın 90-95%-ni aşınma nəticəsində qırıntı halına çevrilən  ana süxurlar təşkil edir. Digər 5-10%-i isə məhv olmuş canlı orqanizmlərin qalıqlarından ibarətdir.  Buna  humus deyilir. Humusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər tünd və məhsuldarlığı çox olar. Məhsuldarlığına görə torpaqlar:  münbit, qeyri-münbit torpaq tiplərinə bölünür. Quba rayonu, Zərdabi qəsəbə kənd tam orta məktəbinin şagirdləri  torpağın tərkibini öyrənmək üçün Meyvəçilik və Çayçılıq elmi tədqiqat inistitutuna ekuskursia ediblər. Analiz 60 santimetr dərinlikdə olan torpaq qatından götürülür. Ələnən torpaq müasir texnalogiyalar vasitəsilə yandırılır. Daha sonra onun  tərkibindəki azotun və fosforun miqdarı yoxlanılır. Bitkilərin inkişafı üçün torpaq örtüyü elementlərlə zəngin olmalıdır. Yəni torpağın tərkibində bitki və heyvan qalıqları nə qədərr çox olarsa torpaq bir o, qədər münbit və məhsuldar olar. Lakin elə torpaqlar var ki, onlar şoranlaşmaya məruz qalıb. Bu da həmin ərazilərə insan fəaliyyəti və iqlimin təsiri nəticəsində baş verir.Torpaq nümunəsi laboratoriyada analiz edilib yoxlandıqdan sonra, həmin əraziyə hansı gübrələrin verilib, verilməməsi müəyyən olunur. Daha sonra müxtəlif ting növlərinin əkilməsinə icazə verilir. İnistitutda gün ərzində müxtəlif ərazilərdən götürülən torpaq nümunələrinin analizi aparılır.