Xaçmazda şəhid Çingiz Abdullayevin xatirəsi anılıb

15 2019 10:43

Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə şəhid Çingiz Abdullayevin doğum günü münasibəti ilə anım tədbiri təşkil olunub. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, müəllimlər və şagirdlər iştirak ediblər. Onlar Çingiz Abdullayevin büstü önünə tər qərənfillər düzüblər. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edənlər şəhidin məktəb illəri ilə bağlı xatirələrini danışıblar. Onun vətənpərvər bir gənc olduğunu bildiriblər. Çingizin döyüş yoldaşları şagirdlərə onun qəhrəmanlığından, şücaətindən söz açıblar. Məktəblilər vətənpərlik mövzusunda yazılmış  şerlər və musiqilər səsləndiriblər.Tədbir şagirdlərin çıxışları ilə davam edib.