Muncuqlardan maraqlı aksesuarlar hazırlayan Fidanı tanıyaq

15 2019 10:49

Fidan Quba rayonunun Alpan kəndində yaşayır. Məktəblinin 13 yaşı var. Dostumuz muncuqlardan maraqlı aksesuarlar hazırlayır. O, əl işlərinin hazırlanma qaydasını bacılarına da öyrədir. Fidan bu işi anasından öyrənib. Dərsdən sonra asudə vaxtlarını  bu sevimli məşğuliyyəti ilə keçirir. Dostumuz Aydan deyir ki, aksesuarları hazırlamaq elə da asan deyil. Bunun üçün səbr və diqqət tələb olunur. Evin balacası Pəri isə muncuqla işləməyi yeni öyrənir. O, müxtəlif fiqurlar hazırlamağı  çox xoşlayır.Bacılar əl işləri  ilə sərgi və müsabiqələrə  qatılmaq niyyətindədirlər.