Uşaq yaşadıqları küçədə iməclik təşkil edib

16 2019 10:08

Xaçmazda məktəblilər təqdirəlayiq təşəbbüsə imza atıblar. Onlar “Məhəlləmizi abadlaşdıraq!” devizi ilə yaşadıqları küçəni və ətraf ərazini tullantılardan təmizləyiblər. Elə uşaqlar var ki, təmizliyə, səliqə səhmana məsuliyyətsiz yanaşır. Məsələn, şirniyyat qutularını, su qablarını fərqinə varmadan hara gəldi atırlar. Ətraf-mühitin tullantılarla çirklənməsi nəticəsində isə xoşagəlməz mənzərə yaranır. Eyni zamanda həmin ərazidə mikrob və infeksiyalar yayılır.  Bu aksiyanın təşkilində məqsəd ətraf mühitin qorunması,  başqa uşaqları da yaşadıqları məhəlləni təmiz saxlamağa səsləməkdir.Belə aksiyaların keçirilməsi uşaqları yaşadıqları əraziyə, ətraf mühitə qarşı daha həssas yanaşmağa sövq edir. Əziz dostlar, təbiətə qayğı göstərmək, məhəlləmizi, parkları təmiz saxlamaq hər birimizin borcudur. Bununla həm də sağlamlığımızı qorumuş oluruq.