"Mən məktəbli ikən"də məşhurlar öz məktəb illərindən söhbət açacaq

19 2018 09:48

Bu layihədə məşhur insanlar öz məktəb illərindən söhbət açacaq.Oxuduqları məktəb, sevdikləri fənn,müəllimləri və sinif yoldaşları haqqında xoş xatirələrini bölüşüb, yaşadığı çətinliklərdən danışacaqlar.Layihənin məqsədi çalışdığı sahədə kifayət qədər uğura imza atmış ziyalı insanların həyat yolunu  məktəblilərə örnək göstərmək, qarşıya qoyduğun məqsədə çatmaq üçün çətinliklərə sinə gərib səylə çalışmağı uşaqlara təlqin etmək, onları uğura aparan yola istiqamətləndirməkdir.  Veriliş hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanacaq.