15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

16 2019 10:30

Bu gün onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir. 15 fevralda bütün dünya bir araya gələrək uşaq xərçəng xəstəliyinin diaqnostikası və müalicəsinin prioritet məsələ olduğunu bir daha göstərir və milyonlarla uşağın və valideynin səsinə səs verir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların əziz xatirəsini anır və xərçəngə qalib gəlmiş uşaqların cəsarətliyi və fədakarlığını qeyd edir.