Bakı şəhər 162 saylı məktəbə mediatur təşkil olunub

16 2019 12:19

Müasir təhsilin əsas prinsiplərindən biri yeni texnologiyaları öyrənmək və tətbiq etməkdir. Ölkəmizdə də bir neçə məktəbdə dərslərdə tədris robotlarından istifadə olunur. Həmin təhsil müəssisələrindən biri də Bakı şəhər 162 saylı tam orta məktəbdir. Bu gün tədris ocağında “Təhsil robotlarının tətbiqi və tədrisi” mövzusunda mediatur təşkil olunub. Biz də robotların dərslərdə tətbiqi ilə yaxından tanış olduq.Robotlarla dərsləri təcrübəli müəllimlər tədris edir. İnformatika, fizika, riyaziyyat və ibtidai sinif müəllimləri xarici mütəxəssislər tərəfindən keçilən təlimlərdə iştirak ediblər. Onlar robotların proqramlaşdırılması, təhsildə tətbiqi haqqında biliklərə yiyələniblər.Robotlardan istifadə məktəblilərin yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Konstruktorlarla iş onlara rəqəmsal texnologiyaları mənimsəmə imkanı yaradır. Məktəblilər arasında “First Lego League Azerbaijan” mühəndislik və robototexnika yarışına start verilib.First Lego League yarışında  iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Mükafatlandırma mərasimi  aprel ayına planlaşdırılıb.