Əkiz uşaqlarla davranışda nələrə diqqət olunmalıdır?

19 2019 12:34

Üzeyir və Zəkəriyyə əkizdilər. Dostlarımızın 10 yaşı var. Məktəblilər bir sinifdə oxuyurlar. Onları bir-birindən ayırmaq olmur. Elə sinif yoldaşları da bu məsələdə çətinlik çəkirlər. Sinif yoldaşlarının tez-tez onları səhv salması bəzən əkizləri narahat edir. Amma Zəkəriyyə qardaşı ilə eyni sinifdə oxumalarının bir çox üstünlükləri olduğunu deyir. Əkizlər dərslərini yaxşı oxuyurlar. Üzeyir riyaziyyatı, Zəkəriyyə isə ana dili fənnini çox sevir. Müəllim Təmamət Ağalarova deyir ki, 42 illik pedoqoji fəaliyyətim dövründə əkizlərin eyni sinifdə təhsil almasının bir neçə dəfə şahidi olmuşam. Elə əkizlər olur ki, xarici görünüşcə fərqlənməsələr də biri digərindən daha çalışqan olur, daha yaxşı oxuyur. Çox zaman valideynlər əkizlərə eyni geyimlər, eyni çanta və oyuncaqlar alırlar. Həmçinin bağça yaş dövüründə bir qrupa, məktəbdə isə eyni sinfə yazdırırlar. Bəs bunun uşaqlara hansısa mənfi təsirləri ola bilərmi?Psixoloqlar onu da bildirir ki, əkizləri evdə valideynlər də müqayisə etməməlidir. Yaxşı olar ki, onlara eyni dərəcədə nəvaziş və sevgi göstərilsin.