Xüsusi qayğıya ehtiyacı olan uşaqların dərnəklərə cəlb olunması

19 2019 12:43

Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə qazandırmaq vacib məsələlərdən biridir.Onlar adətən digər uşaqlarla ünsiyyətdən qaçır, özlərinə qapılırlar. Sağlamlıq imkanları məhdud uşaqlarda kollektivçilik bacarıqlarının formalaşdırılması istiqamətində 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərfindən təqdirəlayiq addım atılıb.Belə ki, mərkəzin teatr dərnəyində eşitmə və danışma məhdudiyyətli uşaqlara öz bacarıqlarını nümayiş etdirmək imkanı yaradılıb.Onlar burada nağılları səhnələşdirir, müxtəlif rollarda çıxış edirlər. Teatr dərnəyi 4 ildir fəaliyyət göstərir. Dərnəyin istedadlı üzvləri həftədə 2 dəfə bura gələrək sevdikləri nağıl qəhrəmanlarını canlandırırlar. Sağlamlıq imkanları məhdud uşaqlar da burada həmyaşıdları ilə ünsiyyətə girir, qrup şəklində tapşırıqları yerinə yetirirlər. Bu da onlarda komplekslərin aradan qalxmasına yardımçı olur. Uşaqlar öyrənməyə çox həvəslidirlər. Dərnək rəhbəri onlarla daha geniş məzmuna malik əsərlər üzərində çalışır.Artıq Arşın mal alan , O olmasın, bu olsun operettalarının məşqlərinə artıq başlayıblar.