Məktəblilərin xarici ədəbiyyata marağı hansı səviyyədədir?

19 2019 12:51

Fərizə Qusar rayonunda yaşayr. Məktəblinin 12 yaşı var. O, mütaliə həvəskarıdır. Daha çox ingilis dilində ədəbiyyatlar oxumağa üstünlük verir. Dostumuz 1 ildir ki, xarici yazarların əsərlərini mütaliə edir. Seda isə rus dilində nağıllar və hekayələr mütaliə edir. 6-cı sinif şagirdi olan dostumuz kitab oxumaqdan böyük zövq alır. Görkəmli yazıçı Lev Tolstoyun əsərlərinə tez-tez müraciət edir.Bu məktəbli dostlarımız da bədii qiraətə həvəs göstərirlər. Asudə vaxtlarında kitabxanaya üz tuturlar. Qusar rayon Mərkəzi Kitabxana Sisteminin, Uşaq Şöbəsinin əməkdaşı Gültəkin Pənahova deyir ki, gün ərzində 15-ə yaxın azyaşlı oxucu kitabxananın xidmətlərindən yararlanır. Fondumuzda azərbaycan dilində olan kitablarla yanaşı ingilis,  türk, rus dillərində ədəbiyyatlar var.Xarici ədəbiyyat oxuyan məktəblilər arasında rus dilində mütaliə edənlər daha çoxdur.Hazırda kitabxananın uşaq şöbəsinin fondunda ingilis dilində 20, türk dilində 60, rus dilində 50  nüsxə  ədəbiyyat  var.