Milli Onkologiya Mərkəzində maarifləndirmə aksiyası keçirilib

19 2019 12:56

Milli Onkologiya Mərkəzi  uşaqlarda xərçəng xəstəlikləri ilə mübarizə ilə bağlı maarifləndirici aksiya keçirib. Tədbirdə mərkəzin əməkdaşları, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, valideynlər və media nümayəndələri iştirak edib. Aksiyanın keçirilməsində məqsəd ictimaiyyəti, xüsusən də valideynləri onkoloji xəstəliklər haqqında məlumatlandırmaqdır. Çıxış edənlər vurğulayıblar ki, xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların problemləri təkcə valideynlərinin deyil, bütün səhiyyənin, cəmiyyətin problemidir. Tədbirdə xərçəng xəstəliyi və onun müalicəsi haqqında iştirakçılara  məlumat verilib. Təcrübəli onkoloqlar valideynlərin və tələbələrin suallarını cavablandırıblar. Mütəxəssislər uşaqları vaxtaşırı müayinə edilməsini məsləhət görüblər. Bununla onların xəstəliklərə tutulmasının qarşısını almaq və ya hər hansı xəstəliyi ilkin mərhələdə müalicə etmək mümkündür.