Uşaq Filarmoniyasında “Gənclərə dəstək” tədbiri təşkil olunub

21 2019 08:52

‘’Gənclərə Dəstək” layihəsi çərcivəsində istedadlı uşaqlar Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış ediblər. Musiqili tədbirdə 38 musiqi məktəbindən  50-dən artıq şagird öz  istedadını nümayiş etdirib. Layihənin məqsədi bacarıqlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaqdır. Məktəblilər tar, klarnet, balaban, skripka və digər alətlərdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. Rəngarəng musiqi nömrələri, kompozisiyalar  dinləyicilər tərəfindən maraqla qarşılanıb.Gənclərə dəstək layihəsi gənc istedadları tanıtmaqla bərabər, maraqlı çıxışlarla yadda qalıb.