Məktəblilər balıqqulağından maraqlı əl işləri hazırlayıblar

21 2019 08:58

Sizi Siyəzən şəhərində yaşayan istedadlı dostlarımızla tanış edəcəm. Onlar balıqqulaqlarından müxtəlif əl işləri hazırlayırlar. Məktəblilər Siyəzən Uşaq Gənclər İnkişaf mərkəzinin yetirmələridir. Şagirdlər onlara lazım olan balıqqulaqlarını dəniz kənarından toplayırlar. Uşaqlar ilk olaraq kiçik və böyük ölçülü balıqqulaqları ayırırlar. Daha sonra onları tabloya yapışdırıraraq əl işlərini hazırlayırlar. Sonda boyalarla  onu rəngləyirlər. Dostlarımızın ərsəyə gətirdiyi əl işləri arasında əsasən güllər üstünlük təşkil edir. Məktəblilər  bu işi yoldaşlarına da öyrədirlər. Dərnək gələcəkdə sərgi təşkil etmək niyyətindədilər.