Qubada uşaqlar üçün səyyar kitabxana təşkil olunub

19 2018 16:03

Quba rayon, Mərkəzi Kitabxana sisteminin uşaq şöbəsi yeni layihəyə imza atıb. Belə ki, kitabxananın əməkdaşları kənd və qəsəbələrdə yaşayan azyaşlı oxucular üçün səyyar kitabxana təşkil ediblər. Səyyar kitabxana ilk olaraq yolunu Quba rayonu, Zərdabi qəsəbəsinə salıb. Fəal oxucular üçün mərkəzi kitabxana fondundan müxtəlif adda yeni kitablar gətirilib.Mütaliyə həvəskarları yeni kitablar əldə etdikləri üçün çox sevincli idilər.Kitabxanaçı Hüriyə Sultanova deyir ki, səyyar kitabxananın məqsədi uşaqların əldə edə bilmədiyi kitabları onlara tez bir zamanda çatdırmaqdır. Həmçinin uşaqların mütaliyəyə olan marağını artırmaqdan ibarətdir. Bundan başqa Quba rayon, Mərkəzi Kitabxana sisteminin uşaq şöbəsi, Paşaoba, Vəlvələ və Alekseyevka kənd kitabxana filiallarında da səyyar kitab təqdimatı keçirəcək.