Sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə oxuması onların inkişafına müsbət təsir edir

21 2019 09:21

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar adətən ünsiyyətdən qaçır, özlərinə qapanmağa meyilli olurlar. Onların təhsil alması, cəmiyyətə uyğunlaşması üçün nəzərdə tutulan layihələrdən biri də inkülziv təhsildir. Sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə oxuması onların inkişafına müsbət təsir edir və cəmiyyətə adapdasiyası asanlaşır. Bakıda 138, 220, 252, 202 nömrəli tam orta məktəblərdə bu layihə tətbiq olunur. Bakı şəhərində fəaliyyət göstərən 138 nömrəli tam orta məktəbin 4a sinfində 2 sağlamlıq imkanları məhdud şagird təhsil alır.Pedaqoq Ayşən Nəcəfova uşaqlara davranış qaydaları vərdişlərini aşılamaq üçün velideynlərlə mütamadi olaraq iş apardıqlarını bildirir.Növbəti illərdə inkluziv təhsil layihəsi tətbiq olunacaq məktəblərin sayının artırılması planlaşdırılır.