Dahilərin uşaqlığı Blez Paskal

21 2019 14:05

Blez Paskal görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofudur.O,19 iyun 1623-cü ildə riyaziyyatçı ailəsində anadan olub.Ailənin üç övladı var idi.Blez və onun iki bacısı.Onun üç yaşı olanda anası vəfat edir. 1631-ci ildə ailəsi Parisə köçür.Paskal atasının rəhbərliyi ilə riyazi təhsil almış və istedadlı olduğunu gənc yaşlarında büruzə verib.Atasını planına uyğun olaraq Blez qədim dilləri 12 yaşından, riyaziyyatı isə 15-16 yaşında öyrənməli idi. Evdə həmişə riyaziyyat haqda söbətlər gedəndə Blez bu fənlə yaxından tanış olmaq istədyini deyirdi. Riyaziyyatın onun latın və yunan dillərini öyrənməsinə mane olmağından qorxan ata, onu riyaziyyatla gələcəkdə məşğul olmasına dair söz verir.Bir dəfə oğlunun  həndəsə nədir sualına, atası qısaca cavab verir ki, bu düzgün fiqur çəkmək və  aralarında ki nisbətləri tapmaq yoludur. Lakin bu sahədə hər  hansı bir araşdırma aparmağı ona qadağan edir. Ancaq Blez, yalnız qalan zaman, kömürlə yerə müxtəlif rəqəmlər çəkməyə başlayır və onları öyrənir. Həndəsi terminləri bilmədən, o, xətti "çubuq" və dairəni "üzük" adlandırdı. Atası təsadüfən Blezi  belə müstəqil dərslərdən birində tapdıqda, onun istedadına təəcüblənir. O bundan sonra oğluna riyaziyyat  kitablarını oxumağa icazə verir.Paskal 16 yaşında Konik kəsişmələrə həsr edilmiş proyektiv həndəsənin əsas teoremlərindən birini yazır. Bu  Paskal teoremi adlanır. O dövrün alimlərinin çoxu bu gənc riyaziyyatçının  belə bir əsəri özünün yazmasına inanmırdılar. 18 yaşında Blez hesaba aid toplayıcı maşın ixtira edir. 20 yaşı olanda gənc alimin hesaba, ədədlər nəzəriyyəsinə, cəbrə və ehtimal nəzəriyyəsinə aid bir sıra əsərləri nəşr olunur.Paskal atmosfer təzyiqinin Torriçelli tərəfindən kəşf edildiyini eşitdikdə 1644-cü ildə Torriçelli təcrübəsini müxtəlif mayelərlə -  civə, su ilə təkrar edir. Paskal isbat etdi ki, Torriçelli təcrübəsi havanın təzyiqini doğrudan aşkar edib, bu həqiqətdir. Boruda civənin səviyyəsinin dəyişməsi izah edir ki, təzyiq havanın temperaturundan və nəmliyindən asılıdır.Paskal belə qərara gəlir ki, atmosfer təzyiqinin mövcud olduğunu qəti isbat etmək üçün daha bir həlledici təcrübə qoymaq lazımdır. Bu məqsədlə o, Pyui de Dom dağının ətəyində və zirvəsində Torriçelli təcrübəsini təkrar edib, hər iki halda civə sütununun hündürlüyünü yoxlayıb, fərqini müəyyən etməyi qərara alır.O, bu təcrübə ilə müəyyən edir ki, dağın zirvəsində civənin səviyyəsi ətəyindəkinə nisbətən aşağı düşür. Bu, gözlənilən nəticə idi. Beləliklə məlum olur ki, havanın təzyiqi dağın ətəyində çox, zirvəsində isə azdır. Buradan Paskal müəyyən edir ki, yuxarı qalxdıqca havanın sıxlığı azalır.  Birləşmiş qablar qanunu və hidravlik presin nəzəriyyəsini də Paskal verib. Elmdəki xidmətlərini nəzərə alaraq təzyiq vahidini Paskalın adı ilə adlandırıblar.