Qar necə yaranır?

21 2019 14:11

Qışı qarsız təsəvvür etmək mümkün deyil. Çölləri, dağları və yamacları ağ örpəyə bürüyən qar su buxarının aşağı temperaturda kristallaşması nəticəsində meydana gəlir. Aşağı enən bu kristalların ölçüləri 0.1mm-dən böyük olmur.  Havada olan rütubətin hesabına qar dənəckiləri böyüməyə başlayır və müxtəlif formalar alır.Dostlar bir qar dənəciyi təxminən 200-dən çox buz kristalından ibarətdir. Bir kubmetr qarda 350 milyon qar dənəciyinin olduğu təxmin edilir. Ən iri qardənəsi 1887-ci ilin 20 yanvarında ABŞ-n Montana ştatında qeydə alınıb. Belə ki qarın diametri 35 santimetr olub. Normal  qar dənəciyinin diametri   5mm və 0.004 qram çəkidə olur.Qarın yağmasının sağlamlığa da böyük faydası var. Belə ki, qar atmosferdə olan zərərli mikrobları məhv edir. Nəticədə hava oksigenlə zənginləşir.