Qubada Ana Dili Gününə hər olunmuş tədbir təşkil olunub

21 2019 14:14

Quba rayonu, İsaak Xanukov adına Qırmızı qəsəbə 1 saylı tam orta məktəb “Ana dili gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlərşagirdlər iştirak ediblər. Məktəbin direktoru Yavuşva Simanduyev çıxış edərək şagirdlərə doğma dilimizin gözəlliyindən və zənginliyindən danışıb. Məktəblilər ana dilimizə həsr olunan şerlər səsləndirib və mahnılar ifa ediblər.Tədbirin təşkilində məqsəd şagirdlərə ana dilimizə sevgi aşılamaqdır.  Uşaqlar tədbirdə maraqlı səhnəciklər də nümayiş etdiriblər.